AZ

“Avroviziya”da səslənəcək mahnımız yeni versiyada TƏQDİM OLUNDU - VİDEO

Builki “Avroviziya” təmsilçilərimiz Fahree (Fəxri İsmayılov) və İlkin Dövlətov müsabiqədə ifa edəcəkləri “Özünlə apar” mahnısını Oktava versiyasını geniş izləyici kütləsinə təqdim ediblər.  

Bizim.Media xəbər verir ki, sözügedən nəğməyə çəkilən videoçarx yarışmanın rəsmi “YouTube” kanalında yayıma buraxılıb.  

Bəstənin musiqisi Fahree, Edgar Ravin, Hasan Haydar, Mila Mayles, sözləri isə Fahree və Mado Salikh tərəfindən yazılıb. 

Qeyd edək ki, İsveçin Malmö şəhərində keçiriləcək "Avroviziya-2024" mahnı müsabiqəsinin yarımfinal mərhələləri bu il mayın 7-si və 9-u, final mərhələsi isə mayın 11-də baş tutacaq. Püşkatma nəticəsində Azərbaycan bu il 1-ci yarımfinalda çıxış edəcək.  
 

 


Rəşad Əliyev, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
202
11
bizim.media

9Mənbələr