AZ

Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”

“Sumqayıt” klubunun ekvadorlu yarımmüdafiəçisi Cordan Rezabalanın futbolinfo.az saytına müsahibəsi

– Son turda öz meydanınızda “Zirə” ilə qarşılaşdınız və meydanı 1 xalla tərk etdiniz. Matçla bağlı fikirləriniz necədir?

– Hazırda çempionatın ən həlledici mərhələsidir və bizim üçün hər bir oyun böyük önəm kəsb edir. Təbii ki, evdə oynadığımız üçün “Zirə”ni məğlubiyyətə uğratmalıydıq. Doğma meydanda, azarkeşlərimizin önündə daha yaxşı çıxış etdiyimizi bilirik. Sadəcə, bu dəfə alınmadı. Lakin bu, bizi qarşıya qoyduğumuz məqsəddən uzaqlaşdırmır. İkinci və ya üçüncü yeri tutmağa çox yaxınıq.

– “Zirə” ilə görüşdə 73 dəqiqə meydanda oldunuz. Şəxsi performansınızdan razı qaldınız?

– Özümü çox yaxşı hiss edirdim. Aydın məsələdir ki, mən həmişə daha artığına fokuslanır, daha yaxşısını etməyə çalışıram. Söhbət qol vurmaq və məhsuldar ötürmə verməkdən gedir. Bilirəm ki, tez bir zamanda bunları da edəcəyəm. Çünki oyundan-oyuna özümü daha yaxşı və inamlı hiss edirəm.

– “Sumqayıt” bu mövsüm “Zirə”yə qalib gələ və qol vura bilməyib. Bunun səbəbini nədə görürsünüz?

– Bu, “Zirə”yə qarşı ilk oyunum idi. Ona görə də suala cavab verməkdə çətinlik çəkirəm. “Zirə” ilə ancaq son görüşü dəyərləndirə bilərəm. Bu rəqibə cari mövsümdə qalib gələ və qol vura bilməsək də, “Sumqayıt” yaxşı oyun göstərən, hücum etməyə can atan komandadır. İnanıram ki, mövsümün sonunda qarşımıza qoyulan tapşırığın öhdəsindən gəlmiş olacağıq.

– Növbəti oyununuz cümə günü “Turan Tovuz”a qarşı olacaq. Səfərdən qələbə ilə qayıda biləcəksiniz?

– Təbii ki, meydana 3 xal üçün çıxacağıq. Əgər çempionatı ilk pillələrdə bitirmək istəyiriksə, bu görüşdə bizi ancaq qələbə qane edə bilər. Odur ki, komandada hər kəs qalibiyyətə köklənib. Mövsümün bitməsinə cəmi 6 oyun qalıb. Səhv etməyə ixtiyarımız yoxdur. Qarşıdakı oyunlarda daha çox xal qazanmağın yollarını tapmalıyıq.

– Baş məşqçiniz Samir Abasov haqda fikriniz necədir? Onunla birgə çalışmaqdan məmnunsunuz?

– Samir Abasov çox tələbkardır. Futbolçularına həmişə dəstək olur. Əgər onun oyunçususunuzsa, istənilən məsələdə sizə yardım əlini uzadacaq. Abasovun qazandığı nəticələr onun məşqçilik gücündən və bacarığından xəbər verir. “Sumqayıt”ın ən uğurlu məşqçilərindəndir.

– Azərbaycan çempionatının səviyyəsindən razısınız? Premyer Liqamızda hansı komandaları bəyənirsiniz?

– Azərbaycan futbolunun səviyyəsi çox xoşuma gəlir. Premyer Liqada yüksək səviyyədə futbol nümayiş etdirən bir neçə komanda var, onlardan biri də bizik.

– “Sumqayıt”ın çempionatı ikinci yerdə bitirmək şansı nə qədərdir?

– Bunun üçün yaxşı imkan əldə etmişik. Düzdür, mövsümün sonuna az qalıb və turnir cədvəlində komandaların xalları bir-birinə olduqca yaxındır. İstənilən halda, hər şey bizdən asılıdır, taleyimiz öz əlimizdədir. Son oyunların hər birinə qələbə qazanmaq üçün çıxmalı və avrokuboklara qatılmaq imkanını əldən verməməliyik.

ABBAS

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
156
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
23593
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
13110
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
10193
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5679
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5509
Helikopter qəzası ilə bağlı yeni xəbər
5035
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
4146
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3740
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3660
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3450
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3401
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
3271
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
3047
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2743
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2703
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2517