AZ

"Sülhməramlılar öz öhdəliklərini tam yerinə yetirdilər" - Politoloq Sergey Markov

Azərbaycan 2023-cü ilin payızında Qarabağda antiterror tədbirləri keçirdikdən sonra Rusiya sülhməramlı kontingentinin (RSK) bölgədə qalması zərurəti aradan qalxdı.

Bu barədə AZƏRTAC-a açıqlamasında Siyasi Araşdırmalar İnstitutunun direktoru, politoloq Sergey Markov bildirib.

“RSK-nin Qarabağdan çıxarılması tamamilə Rusiya ilə Azərbaycan arasındakı razılaşmalara uyğun olaraq həyata keçirilir. Rusiya sülhməramlıları öz öhdəliklərini tam yerinə yetirdilər. Bu öhdəlik, ilk növbədə, Soçi razılaşmalarından sonra tərəflər arasındakı münaqişənin yoluna qoyulmasından ibarət idi. Azərbaycan hakimiyyəti tərəfindən Qarabağda antiterror tədbirləri həyata keçirildikdən sonra vəziyyət tamamilə dəyişdi, nəticədə erməni qoşunları təslim oldu və bölgədən çıxarıldı. Buna görə də tərəflər arasında münaqişənin həll edilməsi zərurəti aradan qalxdı”, – deyə politoloq bildirib.

Markov xatırladıb ki, Ermənistan tərəfi dinc erməni əhalisinin Qarabağdan təxliyəsini təşkil edib. “Bir müddət RSK Qarabağ ərazisində qalmalı oldu, lakin kontingentin orada heç bir işi yox idi. Azərbaycan hakimiyyəti erməni millətindən olan mülki əhalinin bir hissəsinin Qarabağa qayıdacağına ümid etdiyinə görə sülhməramlılar orada qalmaqda davam etdi. Lakin Ermənistan hakimiyyəti bununla bağlı çoxsaylı maneələr yaratdı, dinc erməni əhalisini qorxutmağa, sərt anti-Azərbaycan kampaniyası aparmağa başladı. Nəticədə isə belə məlum oldu ki, kütləvi qayıdış olmayacaq. Bu şərtlərə əsasən, Rusiya sülhməramlıları bölgəni tərk etmək qərarına gəldilər”, – deyə ekspert əlavə edib.

Fransanın Bakıdakı səfirinin məsləhətləşmələr üçün geri çağırılmasını şərh edən S.Markov qeyd edib ki, Fransa hakimiyyətinin bu hərəkətinin RSK-nin Qarabağdan çıxarılması ilə heç bir əlaqəsi yoxdur. “Azərbaycan Fransa casuslarından ibarət şəbəkəni ifşa edib. Bundan əlavə, Fransa ilə Azərbaycan arasındakı münasibətlər Parisin günahı ucbatından pisləşir. Bu şəraitdə Fransa öz səfirini bundan sonra hansı siyasəti həyata keçirəcəklərini müəyyənləşdirmək üçün geri çağırıb”, – deyə rusiyalı ekspert qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
6
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
21852
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
12163
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
6657
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5477
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5379
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
3851
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3452
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3299
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3149
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
2889
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
2889
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2687
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2452
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2401
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
2263
Hidayət Heydərov dünya çempionu oldu
2036
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1993