AZ

Azərbaycan çempionatı keçiriləcək

17 yaşadək sərbəst və yunan-Roma güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək.



Komanda.az xəbər verir ki, Azərbaycan Güləş Federasiyası ilə Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutacaq yarış aprelin 23-dən 26-dək olacaq.



Hövsan qəsəbəsində yerləşən FHN İdman-Sağlamlıq Klubunda keçiriləcək turnir müvafiq yığmalara seçim xarakteri daşıyır. İlk iki gündə sərbəst, növbəti iki gündə isə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək.



Yarışı beynəlxalq və milli dərəcəli hakimlər idarə edəcəklər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin Etiketlərgüləş

Seçilən
159
11
Mənbələr
Şərh ()
Bağla