AZ

"Roma"nın müdafiəçisi "Milan"la oyunu buraxacaq

style='margin-bottom:10px;'>

“Roma”nın müdafiəçisi Evan N`Dika Avropa Liqasının 1/4 finalında “Milan”la oyunu buraxacaq. 

QOL.az xəbər verir ki, bu barədə “Football İtaliya” nəşri məlumat yayıb. 

Qeyd olunur ki, buna səbəb onun İtaliya A Seriyasının 32 turunda “Udineze” ilə oyunda huşunu itirməyidi. 24 yaşlı futbolçu artıq müayinədən keçib və ürəyində heç bir problem bəlli olmayıb. Hazırda müdafiəçi evə buraxılıb, ona görə Avropa Liqasının “Milan”a qarşı cavab oyununu buraxmalı olacaq. 

Qeyd edək ki, İtaliya A Seriyasının 32-ci turunda keçirilən “Udineze” – “Roma” matçı, “Roma”nın müdafiəçisi Evan N`Dikanın huşunu itirdiyinə görə dayandırılmışdı.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
106
2
Mənbələr
Şərh ()
Bağla