AZ

Marşurut sürücüləri yazılan cərimələrdən narazıdır - ŞİKAYƏT + VİDEO

20 kilometr gediş-gəlişli yolda 48 şəhər daxili marşurut fəaliyyət göstərir. Marşurut sürücüləri iddia edir ki, xətt boyunca cəmi 8 dayanacaq sürücü və sərnişinlərə xidmət edir. Onların da çoxu yararsız vəziyyətdə olduğundan sərnişinlər orada gözləmirlər. Bu şikayət Tovuz rayonundandır. Marşurut sürücüləri dayanacaqdan kənar saxlayıb, sərnişin mindirib düşürdüyü üçün cərimə edilirlər. Lakin onlar bundan narazıdırlar. Onlar mövcud durumu dayanacaq sayının az olması və olanların da ara məsafəsinin həddindən çox olması ilə əlaqələndirirlər. Məsələ ilə əlaqədər Tovuz Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin böyük məsləhətçisi Mübariz Məmmədov açıqlamasında bildirib ki, bu ilin sonunadək rayon ərazisində daha 7 dayanacağın inşası planlaşdırılır və yaxın vaxtlarda bu istiqamətlərdə işlərə başlanılacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialda.


 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
1
Mənbələr
Şərh ()
Bağla