AZ

Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO

Rusiyada populyarlaşan bloqer Hüseyn Həsənov Dubaydakı daşqınlarda çətin vəziyyətdə qalıb.

Publika.az xəbər verir ki, avtomobili ilə hərəkətdə olan bloqer şəhərdə taksi xidmətinin çalışmadığını deyib.

“Taksilər, çatdırılma xidmətləri bu gün işləmirlər. Amma düşünürəm ki, bu bir müddətlikdir. Bu gün şəhərə yağış yağmır”, - deyə o bildirib.

Qeyd edək ki, Dubay, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyndə güclü fırtınalar daşqınlara səbəb olub.

Seçilən
66
9
Mənbələr
Şərh ()
Bağla