AZ

“Qıza dedim ki, nişanı qaytar, ondan ər olmayacaq…” – Eyyub Hüseynov

“Azərbaycan nənələri, babaları, ataları nəvələrini, oğullarını əzizləyəndə deyirlər ki, “sənin toyunu görüm”. Ancaq “səni ali məktəbə girən görüm”, “əsgərliyini çəkəsən” kimi ifadələr heç vaxt demirlər. Nə qədər ki, bu düşüncə insanların beynində yaşayır toy biznesi öz mənfur çalarları ilə daim inkişaf edəcək”.
Tribunainfo.az xəbər verir ki, bunu Bakupost.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov toy biznesi haqda danışarkən deyib.
Ekspertin sözlərinə görə, dəfələrlə bununla bağlı rəhbəri olduğu təşkilata şikayətlər edilir:
“Onlar soruşurlar ki, bu sahədə vəziyyət niyə düzəlmir? Burada tələb təklifi üstələdiyindən vəziyyət düzəlməyəcək. Çünki toyun vaxtını müəyyən etmək üçün şadlıq evlərində insanlar növbəyə durublar. Bu mənfur, insanların pulunu yeyən biznes sürətlə inkişaf edir. Burda şadlıq evi rəhbəri, musiqiçilər və müğənnilər əlbirdirlər. İnsanların verdiyi pulun böyük məbləği demək olar ki, müğənnilərə gedir.
Ümumiyyətlə, toy sahibi elə bilir ki, onun üçün təmtəraqlı toy edirlər. Amma bilmir ki, burda işi elə qurublar insanlar məclisi tez tərk etsin. Bu isə nadanlıq, avamlıqdır. Ağıllı bəy və gəlin dünyada valideynlərini belə bir çətinliyə düçar etməz”.
E.Hüseynov keçmiş çadır toylarına qayıtmağımızın vacib olduğunu hesab edir:
“Mütləq çadır toyları başlamalıdır, bunun üçün bütün şərait yaradılmalıdır. Bununla yanaşı, əhalinin düşüncəsində dəyişiklik olmalıdır. Cehiz məsələsi də bərbad vəziyyətdədir. Təşkilatımıza gələn ana və qız şikayətində bildirdi ki, aldığımız mebelin uzunluğu bir az qısa olduğu üçün oğlan evi nişanı qaytarır. Orda qıza dedim ki, get, özün nişanı qaytar, o oğlandan sənə ər olmaz.
Mən bu sahədə vəziyyətin niyə belə bərbad olduğunu araşdırmaq üçün yaşlı müğənnilərlə söhbət etmişəm. Onlar bildirdilər ki, bu məsələ ilk dəfə Qubanın Qırmızı qəsəbəsindən başlayıb. Amma bu informasiyanın nə qədər dəqiq olduğunu bilmirəm”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
10
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
14136
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
11472
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5252
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5204
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
3622
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3164
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3157
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
2938
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
2671
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2661
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2361
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2239
Hidayət Heydərov dünya çempionu oldu
2016
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
2008
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
1997
Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
1874
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1832