AZ

Tramp seçkiqabağı sorğuda Baydenə uduzur

Yenidən ABŞ prezidenti postu uğrunda mübarizə aparan sabiq dövlət başçısı Donald Tramp amerikalı seçicilərin dəstəyi baxımından ölkənin hazırkı rəhbəri Cozef Baydenə uduzur.

Yenisabah.az Report-a istinadən xəbər verir ki, bunu “Echelon Insights” tədqiqat təşkilatının keçirdiyi sorğunun nəticələri göstərir.

Seçicilərə “2024-cü ilin prezident seçkiləri bu gün keçirilsəydi, kimə səs verərdiniz?” sualı ünvanlanıb, namizədlər isə Demokratlar Partiyasından Bayden, Respublikaçılar Partiyasından Tramp olub. Respondentlərin 49 %-i Baydeni, 46 %-i isə Trampı dəstəkləyəcəyini bildirib.

Tədqiqatın nəticələrinin statistik xətası 3,9 faiz bəndi təşkil edir. Tədqiqat 12-14 aprel tarixlərində aparılıb. Sorğuda bu il ABŞ-da keçiriləcək prezident seçkilərində səs vermək niyyətində olan 1,2 min nəfər iştirak edib.

Qeyd edək ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək.


Telegram kanalımız

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
119
18
Mənbələr
Şərh ()
Bağla