AZ

Lənkəranda 57 yaşlı qadını maşın vurub

Lənkəranda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hərəkətdə olan nəqliyyat  vasitəsi Lənkəran rayonunun Boladı kənd sakini 1967-ci il təvəllüdlü Şairə Əliməmməd qızı Xankişiyevanı vurub.

Yaralı ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıb.

Həkimlər Ş.Xankişiyevaya baş-beyin silkələnməsi, göz orbitinin, əng sınığı diaqnozu qoyublar və xəstənin vəziyyətinə uyğun olaraq reanimasiya şöbəsinə yerləşdiriblər.
Hadisə ilə baglı araşdırma aparılır.

Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
9
Mənbələr
Şərh ()
Bağla