AZ

Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalanıb

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) “DFS Aviation Services” şirkəti ilə Laçın Beynəlxalq Hava Limanının qabaqcıl “Phoenix” hava hərəkətinə nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalayıb.

Aznews.az bu barədə AZAL-a istinadən xəbər verir.

Əməkdaşlığın genişləndirilməsinə dair müqavilə Frankfurt-Maynda keçirilən nüfuzlu “Passenger Terminal Expo 2024” konfransında AZAL-ın “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin (AZANS) direktoru Fərxan Quliyev və “DFS Aviation Services” şirkətinin icraçı direktoru Andreas Petç arasında imzalanıb.

“DFS Group” şirkətinin bir hissəsi olan “DFS Aviation Services” Almaniyanın aeronaviqasiya xidmətləri təminatçısı və bu sahə üzrə dünya liderlərindən biridir.

Sözügedən müqavilə Laçın Beynəlxalq Hava Limanının qabaqcıl “Phoenix” hava hərəkətinə nəzarət sistemi ilə təchiz edilməsini əhatə edir. Bu addım AZAL-ın davamlı inkişafa və göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə töhfə verdiyini vurğulayır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
114
38
Mənbələr
Şərh ()
Bağla