AZ

Türkiyənin 9-cu gəmisi Qəzzaya yola düşüb

Bakı. Trend:

Qəzza zolağına humanitar yardım daşıyan Türkiyənin doqquzuncu“yaxşılıq gəmisi” dünən Mersin limanından yola düşüb.

Trend türk KİV-lərinəistinadən xəbər verir ki, Türkiyənin Qızıl Ay Cəmiyyəti vəFövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) tərəfindənhazırlanan yardımlar Misirin Əl-Ariş limanına, oradan da Rəfahkeçid-məntəqəsi vasitəsilə Qəzzaya çatdırılacaq.

Məlumata görə, Suriya, Hindistan, Misir və Liviyadan olan 14nəfərlik şəxsi heyətlə yola çıxan gəmi Qəzzaya 3 min 774 ton yardımaparır. Yüklərin arasında hazır ərzaq bağlamalarından əlavə, 869ton un, 14 min 700 bağlama uşaq bezi, 2 min yataq tulumu və 400 tonmüxtəlif yardım ləvazimatları var.

Türkiyədən Qəzzaya bu kimi yardım gəmilərinin müntəzəm olaraqgöndərilməsi nəzərdə tutulur.

Məqalədə:
Seçilən
13
3
Mənbələr
Şərh ()
Bağla