AZ

®ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verilib

®ABB-nin

ABB-nin dəstəyi ilə ADA Universitetində növbəti “Karyera Həftəsi” başlanıb. Aprelin 25-nə qədər davam edəcək “Karyera Həftəsi”nin məqsədi tələbə və məzunları ölkəmizin əmək bazarı, mövcud karyera imkanları ilə tanış etməkdir.

ADA-nın hər il ənənəvi qaydada keçirdiyi “Karyera Həftəsi”ndə müxtəlif müzakirə panelləri, seminar və təqdimatlar təşkil olunur. Bu tədbirlərdə ayrı-ayrı qurumların rəhbər təmsilçiləri də iştirak edirlər. Universitetin tələbə və məzunları onlarla tanış olur, işgüzar əlaqələr qururlar.

“Karyera Həftəsi”nin açılışında ABB-nin İdarə Heyəti sədrinin müavini, bankın baş transformasiya inzibatçısı Taleh Tahirli də çıxış edib. O, ABB-nin transformasiya təcrübəsini və tələbələrin fərdi inkişaf üçün bu təcrübədən öyrənə biləcəkləri əsas məqamları onlarla bölüşüb. Xüsusilə, dəyişiklik hekayəsi formalaşdırmağın, bu hekayəyə uyğun faydalı vərdişlər yaradaraq onlara gündəlik əməl etməyin, lazımi bacarıqlara yiyələnməyin və rol model müəyyənləşdirməyin önəmini diqqətə çatdırıb.

ABB-nin tərəfdaşlıq dəstəyi ilə təşkil olunmuş “Karyera Həftəsi”nə 20-dən çox qurum qatılıb. Tələbələr növbəti günlər ərzində bu qurumların təmsilçilərinin iştirakı ilə maraqlı təqdimatlar dinləyəcək, gələcək karyera həyatları üçün faydalı məlumatlar alacaqlar.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları bankın filial və şöbələrindən, https://abb-bank.az/  rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi feysbuk səhifəsindən əldə etmək olar.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
13
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
23307
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
12788
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
9236
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5570
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5456
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
3994
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3642
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3560
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3378
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3246
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
2984
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2706
Rəisini aparan helikopter belə QƏZAYA DÜŞDÜ! - ANBAAN VİDEO
2641
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2589
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2482
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
2263