AZ

FAO rəsmisi: “COP29 Azərbaycana təcrübələrini ortaya qoymağa imkan verəcək”

“Bu ilin noyabrın 22-də Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Azərbaycana regionun perspektivi baxımından təcrübələrini ortaya qoymağa və bölüşməyə imkan verəcək”.

Bunu “Report”a açıqlamasında BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi Muhammad Nasar Hayat bildirib.

FAO rəsmisi bildirib ki, bu, həm də Azərbaycanı iqlim dəyişikliyinə uyğunlaşma sahəsində qlobal liderə çevirəcək:

“Bu, 2024-cü ildə Azərbaycan üçün ən yaxşı hadisələrdən biridir. COP29 çərçivəsində, həmçinin Mərkəzi Asiya üçün İnvestisiya Forumu keçiriləcək”.

M. Hayat qeyd edib ki, COP29-da BMT-dən iştirak ən yüksək səviyyədə olacaq:

“COP29 Azərbaycan üçün qlobal iqlim dəyişikliyi danışıqlarında və müzakirələrində əhəmiyyətli oyunçu olmaq üçün böyük fürsətdir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
3
Mənbələr
Şərh ()
Bağla