AZ

Müdafiə nazirindən Türkiyə etirafı

Yunanıstan müdafiə naziri Nikos Dendias Türkiyənin PUA istehsalında ciddi sıçrayış etdiyini açıqlayıb.

Herbiand.az xəbər verir ki, nazir Yunanıstanın bu sahədə Türkiyədən geri qaldığını da etiraf edib.

“Səmimi olmaq istəyirəm, Türkiyənin öz pilotsuz təyyarələrini istehsal etmək üçün ciddi fürsəti əldə edib. Çox irəli addım atdılar. Bunu tez görə bilmədik. Bəlkə də erkən gördük, bununla bağlı irəliləyiş əldə edən çoxlu sayda kiçik müəssisələr var, amma bizim bütün innovasiya sistemimiz belə deyil, bunu silahlı qüvvələrə daxil edib yüksək rəqəmlər əldə edə biləcəyimiz səviyyədə deyil”, - Dendias vurğulayıb.

Türkiyə ilə dialoqun davam etməsinin lazım olduğunu vurğulayan müdafiə naziri hətta adi gündəlik məsələlərin həllinin belə böyük gərginliyin qarşısını almaqda faydalı olacağını bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
1
Mənbələr
Şərh ()
Bağla