AZ

“Kapital Bank”in istiqrazları Bakı Fond Birjasına yerləşdirildi

Kapital Bank-ın ümumi dəyəri 35 000 000 (otuz beş milyon) ABŞ dolları olan AZ2008005152 qeydiyyat nömrəli Bakı Fond Birjasında premium bazar seqmentində listinqdə saxlanılan və yüksək gəlirlilik təklif edən istiqrazlarının yerləşdirilməsi 17 aprel 2024-cü il tarixində başa çatıb.

Publika.az xəbər verir ki,104 investorun iştirak etdiyi yerləşdirmədə ümumi sifarişlərin həcmi 35 milyon ABŞ dolları olub.

İstiqrazların nominal dəyəri 100 ABŞ dolları, illik faiz dərəcəsi 7%, faiz ödəniş dövrü hər 90 gündən bir, tədavül müddəti isə 7 il təşkil edir. Yerləşdirmə üzrə anderrayter “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.

Yüksək gəlirlilik təklif edən Kapital Bank istiqrazları banka məxsus kütləvi təklif olunan ilk subordinasiya istiqrazlarıdır. Aktivlərin davamlı böyüməsini dəstəkləməyə, adekvatlıq əmsalını yüksək həddə saxlamağa və ümumilikdə uzunmüddətli strateji hədəflərə çatmağa xidmət edən subordinasiya istiqrazları vətəndaşlar üçün etibarlı və güvənilir investisiya olmaqla yanaşı, yerli kapital bazarının inkişafına da mühüm töhfədir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
23
Mənbələr
Şərh ()
Bağla