AZ

Koreya Respulikası Şimali Koreya ilə sərhəddə atış təlimləri keçirib

Koreya Respulikası ordusu Şimali Koreya ilə sərhəddə yerləşən Çeorvon bölgəsində artilleriya təlimi keçirib.

525.az "Yonhap" agentliyinə istinadən xəbər verir ki, Koreya Respulikası ordusu dəniz piyadalarının iştirakı ilə hərbi təlim keçirildiyini açıqlayıb.

Şimali Koreya ilə sərhəddə yerləşən Çeorvon bölgəsində keçirilən artilleriya təliminin məqsədi quru və dəniz qüvvələri arasında əməkdaşlığı gücləndirmək olub.

Təxminən 450 əsgərin iştirakı ilə keçirilən təlimin “Şimali Koreya təhdidinə qarşı çəkindiriciliyi artırmaq üçün” təşkil edildiyi bildirilib.

Malik Atilay 























Bizi Facebookda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
2
Mənbələr
Şərh ()
Bağla