AZ

Braziliyalı dünya çempionu 58 yaşında futbolçu karyerasını bərpa edib

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Braziliya millisinin və “Barselona”nın sabiq futbolçusu Romario 58 yaşında karyerasını bərpa edib.

“Report” “ESPN FC” saytına istinadən xəbər verir ki, o, prezidenti olduğu “Amerika” klubu ilə müqavilə bağlayıb.

Sözügedən komanda Rio-de-Janyero ştanının II Liqasında çıxış edir.

Sabiq dünya çempionu oğlu Romarinyo ilə birgə eyni klubda futbol oynamaq üçün bu addımı atıb.

Seçilən
39
5
Mənbələr
Şərh ()
Bağla