AZ

Romario 58 yaşında karyerasını bərpa etdi: “Arzumu yerinə yetirməyi hədəfləmişəm”

Dünya futbolunun canlı əfsanəsi Romario 58 yaşında futbolçu karyerasını bərpa edib.

Fanat.Az xəbər verir ki, Romarionun adı prezidenti olduğu klubun – D Seriyasında mübarizə aparan Rio de Janeyro təmsilçisi “Amerika”nın iştirak ərizəsinə salınıb.

ESPN FC onun dediklərini belə çatdırıb: “Başa düşün, mən çempionluq uğrunda mübarizə aparmıram. Ürəyimin komandasında bir neçə oyun keçirmək istəyirəm. Bundan başqa, daha bir arzumu yerinə yetirməyi hədəfləmişəm: oğlumla eyni komandada oynamaq.

Qeyd edək ki, Romarionun 30 yaşlı oğlu Romarinyo “Amerika”nın formasını geyinir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
6
Mənbələr
Şərh ()
Bağla