AZ

Tbilisinin mərkəzində atışma olub

Gürcüstanın paytaxtı Tbilisinin mərkəzində atışma olub.

Day.Az xəbər verir ki, bu barədə Gürcüstan KİV məlumat yayıb.

Məlumata görə, hadisə Tbilisi şəhərinin Vake rayonunda baş verib.

Atışma nəticəsində üç nəfər xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyətinin ağır olduğu qeyd olunub.

Şahidlərin sözlərinə görə, atəş açan şəxs maskalı olub. O, küçədə mühafizə ilə hərəkət edən cavan adama atəş açıb, mühafizəçi cavab atəşi ilə hücum edən şəxsi yaralayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
1
Mənbələr
Şərh ()
Bağla