AZ

AŞPA-dan Rusiyanın dondurulmuş aktivləri barədə QƏTNAMƏ

Avropa Şurasının Parlament Assambleyası yekdilliklə Rusiyanın 300 milyard dollarlıq dondurulmuş aktivlərinin Ukraynanın bərpasına yönəldilməsi barədə qətnamə qəbul edib.Bakıvaxtı.az-ın “Unian“a istinadən məlumatına görə, sənəd həmçinin Ukraynadakı müharibəni dəstəkləyən rusiyalı iş adamlarının Avrozona ölkələrindəki bank hesablarına da şamil edilir.Qətnamədə prosesin sürətləndirilməsi üçün Avropa İttifaqının başçılığı ilə beynəlxalq təzminat mexanizminin, habelə Rusiyaya məxsus aktivlərin toplanması üçün xüsusi fondun yaradılması, habelə sanksiyaları pozan ölkələrə qarşı müxtəlif tədbirlərin görülməsi də nəzərdə tutulur.Qeyd edək ki, sanksiyalara rəğmən bir il ərzində bir sıra iş adamları külli-miqdarda gəlir əldə edib.Avropa İttifaqındakı mənbələrdən bildirilib ki, bir sıra ölkələrin məhdudiyyətləri pozması səbəbindən “Nornikel”in sahibi Aleksey Mordaşov sərvətini 4,6 milyard dollar artırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
3
Mənbələr
Şərh ()
Bağla