AZ

Dumanın komitə sədrinin müavini: Qarabağda artıq sülhməramlılara ehtiyac yoxdur

Rusiya sülhməramlı kontingentinin Qarabağdakı missiyasını tam yerinə yetirilmiş hesab etmək olar.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Dumasının Müdafiə Komitəsinin sədrinin birinci müavini Aleksey Juravlev (Rodina partiyası) bildirib.

Onun sözlərinə görə, sülhməramlılar qan tökülməsinin qarşısının alınmasında mühüm rol oynayıb.

“Mülki əhali xilas edilib, onlara evakuasiya zamanı, müalicə, su və yeməklə köməklik göstərilib. Deməli, hərbçilərimiz artıq vətənə qayıtmalıdır”, - deyə Juravlev vurğulayıb.

Rusiyalı deputat qeyd edib ki, artıq sülhməramlılara ehtiyac yoxdur, çünki Qarabağda döyüşən tərəflər yoxdur və Qarabağın Azərbaycana məxsus olması ilə heç kim mübahisə etmir.

“Münaqişənin davam etdiyi bir vaxtda orada Rusiya kontingenti lazım idi və 2023-cü ildə orada böyük qan tökülməsinin qarşısını almaqda mühüm rol oynadı, döyüşən ordular arasında dayandı, üstəlik, bəzən buna yalnız canlar bahasına nail olundu”, - deyə o əlavə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
4
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
16218
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
11669
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5306
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5229
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
3663
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3213
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3191
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
2988
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
2722
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2662
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
2412
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2367
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
2263
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2252
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
2130
Hidayət Heydərov dünya çempionu oldu
2018
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1875