AZ

UNEC rektoru buraxılış imtahanında ən yüksək bal toplayan abituriyentlə görüşüb

Bakı. Trend:

Buraxılış imtahanında 300 bal toplayan Ankara məktəb-liseyininXI sinif şagirdi Məhəmməd Əliyev UNEC-də olub.

UNEC rektoru professor Ədalət Muradovla görüşən Məhəmməd Əliyev“İnformasiya təhlükəsizliyi” ixtisası üzrə ingilis dilində UNEC-dətəhsil almaq istədiyini bildirib. Bacısının UNEC-in Beynəlxalqİqtisadiyyat Məktəbinin 2-ci kurs tələbəsi olduğunu deyən M.Əliyev,onun müsbət rəyləri əsasında UNEC-i seçdiyini bildirib.

Rektor Ədalət Muradov imtahanlarda yüksək bal toplamasımünasibətilə Məhəmməd Əliyevi təbrik edərək, ona gələcək təhsilindəuğurlar arzulayıb. Savadlı gənclərin UNEC-də təhsil almasınınuniversitetin əsas hədəflərindən olduğunu deyən rektor, buistiqamətdə uğurlu nəticələrin olduğunu vurğulayıb. Rektorabituriyentə Rəqəmsal UNEC-dəki təhsil imkanları, xüsusi təqaüdimkanı, tələbə təşkilatları, xarici mübadilə proqramları,tələbələrin asudə vaxtlarının səmərəli təşkili, eləcə dəözünüinkişafla bağlı yaradılan imkanlar və digər üstünlüklərindənbəhs edib.

Rəqəmsal İqtisadiyyat fakültəsinin dekanı dos. Elman Cəfərov isəfakültədə tələbələr üçün yaradılan şərait, kompüterlaboratoriyaları, imtahan prosesi, karyera imkanları və s. barədəməlumat verib.

Səmimi keçən görüşün sonunda rektor Ədalət Muradov MəhəmmədƏliyevə UNEC-in neftlə çəkilmiş rəsmini hədiyyə edib.

Görüşdən sonra M.Əliyev UNEC-də infoturda olub, dərs və imtahanprosesini izləyib.

UNEC
UNEC
UNEC
UNEC
UNEC
UNEC
UNEC

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
9
Mənbələr
Şərh ()
Bağla