AZ

Cənubi Qafqazın təhlükəsizliyinin təmin olunmasında aparıcı rol Azərbaycana məxsusdur FOTOLAR

17 aprel 2024-cü il tarixdə YAP Samux rayon təşkilatında ərazi partiya təşkilat sədrlərinin və partiya fəallarının iştirakı ilə “Cənubi Qafqazın təhlükəsizliyinin təmin olunmasında aparıcı rol Azərbaycana məxsusdur” mövzusunda dəyirmi masa keçirildi.

İclası açıq elan edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov çıxış edərək bildirdi ki, Azərbaycan Cənubi Qafqazda sülh, təhlükəsizlik və əməkdaşlığın təmin olunması istiqamətində bütün beynəlxalq təşəbbüsləri dəstəkləyir. Azərbaycanın beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında sürətli şəkildə irəliləməsini təmin etməklə yanaşı, ölkəmizi dünya siyasətinin əsas konturlarını müəyyənləşdirən güc mərkəzlərinin başlıca istinad mərkəzlərindən və strateji tərəfdaşlarından birinə çevirib. Bu gün Azərbaycan sahib olduğu zəngin enerji ehtiyatlarından səmərəli şəkildə istifadə etməklə beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan başlıca aktorlardan biri kimi çıxış edir. Ölkəmiz milli dövlətçilik prinsiplərinə müvafiq olaraq həyata keçirilən praqmatik və rasional əsaslara söykənən siyasət nəticəsində miqyasına görə regional, əhəmiyyətinə görə isə qlobal xarakterli transmilli layihələrin mərkəzi oyunçusu qismində çıxış etməkdədir.

Gündüz Bayramov həmçinin qeyd etdi ki, bu gün Azərbaycan dünya birliyinin tam bərabərhüquqlu üzvüdür, söz sahibi olan dövlətdir. Son bir neçə ildə Azərbaycanın əldə etdiyi ugurlar, hərtərəfli iqtisadi nailiyyətlər bizim ölkəmizi regionda güc mərkəzlərindən birinə cevirir. Bu gün Azərbaycan region üçün mühüm əhəmiyyət kəsb edən beynəlxalq layihələrə, konfranslara ev sahibliyi edir. Dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-un 2024-cü ildə Azərbaycanda keçirilməsi cənab Prezident İlham Əliyevin apardığı məqsədyönlü uğurlu siyasətinin nəticəsidir.

Daha sonra dəyirmi masada mövzu ətrafında geniş müzakirələr aparıldı. Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin daha da güclənməsi qeyd olundu. Bildirildi ki, gerçəkləşdirilən bütün regional layihələrin mərkəzi oyunçusu qismində məhz Azərbaycan çıxış edir. Həyata keçirilən praqmatik xarici siyasət strategiyası ölkəmizi dünya siyasətinin təmsilçisi qismində çıxış edən və müstəqil xarici siyasət yürüdən milli dövlətlərin etibarlı strateji tərəfdaşına çevirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
23268
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
12732
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
9098
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5570
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5454
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
3988
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3621
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3545
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3347
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3223
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
2980
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2704
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2565
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2479
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
2263
Hidayət Heydərov dünya çempionu oldu
2145