AZ

Yeni kaledoniyalı parlamentarilər Qoşulmama Hərəkatı Gənclər Təşkilatının mənzil-qərargahında olublar

Bakı, 17 aprel, AZƏRTAC

Yeni Kaledoniya Konqresinin İnfrastruktur, ərazi planlaşdırılması, davamlı inkişaf, energetika, nəqliyyat və rabitə komitəsinin sədri xanım Naisseline Omayranın rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 17-də Bakıda Qoşulmama Hərəkatı (QH) Gənclər Təşkilatının mənzil-qərargahı ilə tanış olub.

AZƏRTAC xəbər verir ki, Qoşulmama Hərəkatı Gənclər Şəbəkəsinin Gənclər Təşkilatının Baş katibi Nigar Bağırlı nümayəndə heyətinin üzvlərini qurumun fəaliyyəti və gördüyü işlər barədə məlumatlandırıb. Bildirilib ki, Gənclər Təşkilatı müxtəlif tədbirlər və layihələr həyata keçirir, beynəlxalq tədbirlərdə təmsil olunur.

Diqqətə çatdırılıb ki, mənzil-qərargahda ingilis və fransız dillərində kurslar keçirilir. Sonrakı mərhələdə ərəb dili üzrə də kurslar təşkil olunacaq.

Yeni kaledoniyalı parlamentarilər Qoşulmama Hərəkatı ilə bağlı fotosərgi ilə də tanış olublar.

Qeyd edək ki, Qoşulmama Hərəkatı Gənclər Şəbəkəsi Prezident İlham Əliyevin təşəbbüsü ilə 2021-ci ildə yaradılıb. 2022-ci ilin iyulunda 60 dövlətin gənc nümayəndəsinin iştirak etdiyi Qoşulmama Hərəkatı Gənclər Şəbəkəsinin təşkilatçılığı ilə ilk dəfə keçirilən Qoşulmama Hərəkatı Gənclər Sammiti zamanı Şəbəkənin Təşkilata çevrilməsinə dair yekun sənəd olan Şuşa Akkordu qəbul olunub. Hazırda Qoşulmama Hərəkatı Gənclər Təşkilatının üzv dövlətlər üzrə 50 milli bölmə nəzdində fəaliyyət göstərən yüzlərlə fəal gənc QH ölkələri arasında beynəlxalq dialoqa təkan verir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
24393
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
13749
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
12055
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Helikopter qəzası ilə bağlı yeni xəbər
8763
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
6292
Rəisi öldü, Pakistanda matəm elan edildi
5877
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5809
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5621
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
4046
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3962
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3846
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3641
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
3497
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
3179
Qəza Rəisi yox, bu şəxsə görə törədilib? - YENİ FAKT
2954
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2820
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797