AZ

AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub

Bakı. Trend:

Davamlı inkişaf və məsuliyyətli biznes prinsiplərinə sadiq olanAccessBank, qürurla Birləşmiş Millətlər Təşkilatının QlobalSazişinə (UN Global Compact) qoşulduğunu elan edir.

BMT-nin Qlobal Sazişi biznes strukturlarını davamlı inkişaffəaliyyətə cəlb edilməsi, eləcə də dövlət və korporativ sektorlararasında qlobal tərəfdaşlığın formalaşdırılmasına yönəlmiş ən böyükbeynəlxalq təşəbbüsdür.

AccessBank-ın Qlobal Sazişdə iştirakı davamlı inkişafməqsədlərinin və ESG (Ekoloji, Sosial, İdarəetmə) prinsiplərinin -ətraf mühit, sosial və korporativ məsuliyyətin fəal şəkildə təşviqideməkdir. BMT-nin Qlobal Sazişinə qoşulmaqla AccessBank, insanhüquqları, ətraf mühit, əmək münasibətləri və korrupsiyaya qarşımübarizə sahələrində Qlobal Sazişin on prinsipini dəstəkləməköhdəliyini üzərinə götürür. Bank həmçinin BMT-nin 2030-cu ilə qədərDayanıqlı İnkişaf Strategiyasına daxil edilmiş 17 davamlı inkişafməqsədini həyata keçirməyi də öhdəlik olaraq qəbul edir.

BMT Qlobal Sazişinin üzvü kimi AccessBank bütün əməliyyatlardavə biznes tərəfdaşlıqlarında insan hüquqlarını dəstəkləməyə vəqorumağa, beynəlxalq standartlara cavab verən rahat iş mühitinitəmin etməyə, ətraf mühitin qorunması və çirklənmənin qarşısınınalınması istiqamətində tədbirlər görməyə və bütün sahələrdəkorrupsiyaya qarşı mübarizə aparmağı davam edəcək.

“BMT Qlobal Sazişinə qoşulmaq bizim davamlı inkişaf və sosialməsuliyyət prinsiplərinə sadiqliyimizi əks etdirir. İnanırıq ki, buprinsipləri strategiyamıza inteqrasiya etmək bizə yalnız riskləridaha yaxşı idarə etməyə deyil, həm də müştərilərimiz, işçilərimizvə bütövlükdə cəmiyyət üçün daha böyük dəyər yaratmağa imkanverəcək. Biz daha məsuliyyətli və davamlı dünyaya doğru qlobalhərəkatın bir hissəsi olmaqdan qürur duyuruq”, - AccessBank-ınİdarə Heyətinin sədri Davit Tsiklauri bildirib.

AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında liderolaraq, 2002-ci ildən kiçik vəorta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasındaAsiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq MaliyyəKorporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın14-ü Bakıda, 18-i bölgələrdə olmaqla, 32 filialı fəaliyyət göstərirvə MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyədavam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir:http://bit.ly/accessbank-filiallar.

Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və yabankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn)müraciət edə bilərsiniz.

AccessBank QSC Azərbayca Respublikası Mərkəzi Bankı tərəfindən25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasındafəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu,Tbilisi prospekti 3 ünvanında yerləşir.

Məqalədə:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
5
Mənbələr
Şərh ()
Bağla