AZ

Dubayı su basdı — Uçuşlar ləğv edildi

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində yağan güclü yağışlar insanların həyatını iflic edib. 

Demokrat.az
xəbər verir ki, bu barədə BƏƏ-nin “WAM” rəsmi agentliyi məlumat yayıb.

Məlumata görə, leysan yağışlar paytaxt Abu Dabi və Dubay şəhərləri başda olmaqla müxtəlif bölgələrdə həyata mənfi təsir edib. 

Yağış səbəbindən daşqınlar baş verib, küçə və prospektlərdə bəzi avtomobillər su altında qalıb.

Güclü yağışlar səbəbindən bəzi uçuş reysləri təxirə salınıb. 


Aysu
Demokrat.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
Mənbələr
Şərh ()
Bağla