AZ

“Kərimli və Şvabe Bakıda “mitinq” təxribatı hazırlayır” - Azay Quliyev

Aprelin 8-də“Azərbaycana təzyiqin klassik forması “işə düşür”, "5-ci kalon" fəallaşdırılır” adlı yazıda(https://musavat.com/news/deputat-azerbaycana-tezyiqin-klassik-formasi-ise-dusur-v-kolon-feallasdirilir_1059420.html) qeyd etmişdim ki, Fransanın başını çəkdiyi anti-Azərbaycan şəbəkəsi bu ildən etibarən ölkəmizə qarşı hazırladıqları plana“daxili elementi” də əlavə etmək istəyir.

Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi faktını həzm edə bilməyən bu şəbəkə Şvabeni qabağa verərək yanvarın 25-də Nümayəndə heyətimizin etimadnaməsinin AŞPA-da qəbul edilməməsinə nail oldu, aprelin 5-də Brüsseldə ölkəmizin əleyhinə konfrans təşkil etdi, heç kimə satmadığı silahları Ermənistana verməklə öyündü və indi də ölkə daxilindəki“resurslarını” səfərbər etməyə başlayıb.

Bu niyyətlə aprelin 21-də“milli şura” deyilən marginal qrupa Bakıda “mitinq əməliyyatı”ı sifariş edilib. Sual olunur,4 ildir mitinq keçirməyə cürət etməyən Əli Kərimli niyə, məhz, hazırkı həsas məqamda, sülh danışıqlarında Ermənistanın xeyrinə milli maraqlarımızdan imtina edilməsi üçün Azərbaycana təzyiqlərin artdığı və regionda geosiyasi savaşın yenə mərhələyə keçdiyi zamandamitinq keçirmək, seçki islahatları tələbetmək qərarına gəldi?

Axı, indi, məntiqlə hər bir azərbaycanlı siyasi baxışından asılı olmayaraq bütün gücü və bacarığı ilə dövlətinin və xalqının yanında olmalıdır. Necə ki, uzun müddət hakimiyyətə qarşı ən qatı müxalifətdə olan və ABŞ-da mühacirət həyatı yaşayan Ramiz Yunus bu reallığı dərk etdi və Vətən müharibəsi başlayandan bəribütün narazılıqları və incikliyi bir kənara qoyaraq dövlətinin və xalqının yanında durmağı bacardı və indi də dövləti ilə bir səngərdə vuruşur. Ona görə ki, bu cür fədakarlığı yalnız müstəqil və heç kimin əlində oyuncaq olmayan Ramiz Yunus kimi vətənpərvər adamlar edə bilər.

Lakin anlaşılan odur ki, “Qarabağ kartından” məhrum olan anti-Azərbaycan şəbəkəsi “seçki islahatları” ilə “silahlanaraq” mitinq keçirmək,paytaxtda qarşıdurma və təxribat törətməkdə israrlıdır. Çünki, “mitinq əməliyyatı”nın sifarişçiləri (Şvabelər) və icraçıları (Əli Kərimlilər) yaxşı bilir ki, Bakının mərkəzində, insanların kütləvi şəkildə hərəkət etdiyi 28 may metrosunun qarşısında mitinq keçirməyə razılıq verilməyəcək (baxmayaraq ki, mitinqlər üçün Bakıda müvafiq yerlər ayrılıbdır)və onlar da bundan istifadə edərək qarşıdurma yaratmaq üçün fürsət əldəedəcəklər.

Sonrası isə aydındı...

Nəzarət etdikləri beynəlxalq və xarici media kanalları vasitəsilə bu görüntüləri manşet edərək dövlətimizin nüfuzuna xələl gətirməyə, bu “pozuntular”dan yeni təzyiq vasitəsi kimi istifadə etməyə,sülh danışıqlarında mövqeyimizi zəiflətməyə, dünyada və regionda baş verən təlatümlü və taleyüklü hadisələrin fonunda Azərbaycana qarşı daxildən yeni “cəbhə” açmağa çalışacaqlar. Bir sözlə, hədəf Azərbaycan dövləti və milli maraqlarımızdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
14719
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
11525
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5264
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5205
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
3626
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3174
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3169
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
2953
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
2692
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2661
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2364
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2241
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
2191
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
2065
Hidayət Heydərov dünya çempionu oldu
2016
Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
1874
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1837