AZ

İndoneziyada vulkan püskürməsi: Fövqəladə vəziyyət elan edildi

İndoneziyanın şimalında Ruanq vulkanının püskürməsi ilə əlaqədar bölgələrdə 828 nəfərin təxliyəsi qərara alınıb.

Bakupost.az xəbər verir ki, İndoneziyanın şimalındakı Ruanq vulkanı püskürüb.

İndoneziya Milli Fəlakət Mərkəzinin (BPBD) sözçüsü Əbdül Muhari partlayış səbəbilə bölgədən 828 nəfərin təxliyə edildiyini və aprelin 29-na qədər “fövqəladə vəziyyət” elan edildiyini açıqlayıb.

Muhari həmçinin bildirib ki, partlayışdan sonra ətrafa yayılan kül rabitə şəbəkələrinə ziyan vurub.

Sözçü, sakinlərə və turistlərə diqqətli olmalarını, vulkanın ətrafındakı 4 kilometrlik əraziyə girməməyi tövsiyə edib.


Elnur
BakuPost

Seçilən
157
2
Mənbələr
Şərh ()
Bağla