Bakupost.az xəbər verir ki, İndoneziyanın şimalındakı Ruanq vulkanı püskürüb.
İndoneziya Milli Fəlakət Mərkəzinin (BPBD) sözçüsü Əbdül Muhari partlayış səbəbilə bölgədən 828 nəfərin təxliyə edildiyini və aprelin 29-na qədər “fövqəladə vəziyyət” elan edildiyini açıqlayıb.
Muhari həmçinin bildirib ki, partlayışdan sonra ətrafa yayılan kül rabitə şəbəkələrinə ziyan vurub.
Sözçü, sakinlərə və turistlərə diqqətli olmalarını, vulkanın ətrafındakı 4 kilometrlik əraziyə girməməyi tövsiyə edib.
Elnur
BakuPost