AZ

Mahnı müsabiqəsi ilə tanınan müğənninin toyudur

"7-17" mahnı müsabiqəsi ilə tanınan müğənni Xəyalə Manaflının bu gün toyu olacaq.

Yenisabah.az sfera.az-a istinadla xəbər verir ki, bu barədə ifaçının xalası, bəstəkar Məryəm Əlibəyli məlumat verib.

"5 yaşından Azərbaycan səhnələrinin, televiziyaların illər əvvəl ən kiçik ulduzu olmuş bu xanımın bu gün toy günüdür. Elə bilirdim bu əziz günü yalnız ailəsi, yaxınları, əzizləri gözləyir. Sən demə elə deyilmiş. Bütün sosial şəbəkələrdə minlərlə insanın sevincini görürəm. Bacımın qızına, eyni zamanda yaradıcılığımın bəhrəsinə səadət arzulayıram".

Xatırladaq ki, 39 yaşlı sənətçi nişanlısı Nurlan Rzayev adlı bəylə "TikTok" video platformasında tanış olublar.


Telegram kanalımız

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
8
Mənbələr
Şərh ()
Bağla