AZ

İndoneziyada güclü vulkan püskürməsi: Bu tarixədək fövqəladə vəziyyət elan edildi

İndoneziyanın şimalında Ruanq vulkanının püskürməsi ilə əlaqədar 828 nəfərin təxliyəsi qərara alınıb.

AZXEBER.COM xəbər verir ki, İndoneziya Milli Fəlakət Mərkəzinin (BPBD) sözçüsü Əbdül Muhari partlayış səbəbilə bölgədən 828 nəfərin təxliyə edildiyini və aprelin 29-na qədər Fövqəladə vəziyyət elan edildiyini açıqlayıb.

Muhari həmçinin bildirib ki, partlayışdan sonra ətrafa yayılan kül ətrafdakı rabitə şəbəkələrinə ziyan vurub.

Vulkanın xəbərdarlıq səviyyəsinin 3-ə yüksəldildiyi barədə məlumatı paylaşan Muhari sakinlərə və turistlərə diqqətli olmalarını və vulkanın ətrafındakı 4 kilometrlik əraziyə girməməyi tövsiyə edib.
 
Mikayıl

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
154
2
Mənbələr
Şərh ()
Bağla