AZ

Bu ölkə 2009-cu ildən sonra doğulanlara siqaret satmayacaq

İngiltərədə yeni nəslin ömürlük siqaretə çıxışını qadağan edən qanun layihəsi parlamentdə qəbul edilərək təsdiqlənib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İngiltərə siqaret satışı ilə bağlı yeni qərar verib.

Böyük Britaniyada siqaretdən azad nəsil yaratmaq təşəbbüsü çərçivəsində 2009-cu il yanvarın 1-dən sonra doğulanlara siqaret satışı tamamilə qadağan edilib.

Təsdiqlənən qanunla bu il 15 yaşı tamam olan uşaqlar ömürləri boyu siqaret ala bilməyəcəklər. Qanun layihəsi İcmalar Palatasında 383 deputatın təsdiqi ilə qəbul edilib, 67 deputat isə qanun layihəsinə qarşı çıxıb.

Qanun hakim Mühafizəkarlar Partiyası daxilində mübahisə yaradıb. Bəzi Mühafizəkarlar Partiyasının deputatları qanunu dəstəkləməyəcəklərini bildiriblər.

Ayşən

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
123
11
Mənbələr
Şərh ()
Bağla