AZ

"Xəzər dənizində istifadə etmək üçün torpaqları haradan götürəcəyik?" - Rüfət Quliyev

Xəzər dənizində istifadə etmək üçün torpaqları haradan götürəcəyik?

 

Bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Rüfət Quliyev deyib.

 

Rüfət Quliyev bildirib ki, Sinqapur dənizdə süni torpaq sahələrini yaratmaq üçün torpaqları qıraqdan alırlar: “Biz onu haradan əldə edəcəyik? İkinci məsələ dənizdən çınqıl və qumun götürülməsi və istifadəsi ilə bağlıdır. Mən cəzalara baxdım və belə qənaətə gəldim ki, “Kamaz”-la 3-4 dəfə qum götürəndən sonra bu cərimələri ödəmək olur”.

Tarix: 17 Aprel 2024, 12:38   

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
1
Mənbələr
Şərh ()
Bağla