AZ

Sabah 26 dərəcə isti olacaq

Bakı. Trend:

Sabaha gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumatagörə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkənbuludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir.

Səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyiəsəcək.

Havanın temperaturu gecə 9-14°, gündüz 21-26° olacaq. Atmosfertəzyiqi 759 mm civə sütunundan 756 mm civə sütununa enəcək. Nisbirütubət gecə 60-65%, gündüz 45-55% olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyigözlənilir. Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda arabirduman olacaq. Mülayim şərq küləyi bəzi şərq rayonlarında arabirgüclənəcək.

Havanın temperaturu gecə 10-15°, gündüz 23-28°, dağlarda gecə5-10°, gündüz 18-23° olacaq.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
299
5
az.trend.az

10Mənbələr