AZ

Vergi ödəyicilərinin sayı 8% artıb

Bu il aprelin 1-nə Azərbaycanda 1 milyon 537 min 952 vergi ödəyicisi uçotda olub.
İndex.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötən il aprelin 1-nə nisbətən 7,5% çoxdur.
Vergi ödəyicilərinin 87,3%-i fiziki şəxslər, 12,7%-i hüquqi şəxslər və digər təşkilatlardır. Son 1 ildə fiziki şəxslərin sayı 7,4% (ümumi artımın 86,5%-i), hüquqi şəxslərin sayı isə 8% (ümumi artımın 13,5%-i) artıb.
Vergi ödəyicilərinin ümumi sayında hüquqi şəxslərin xüsusi çəkisi 12,7% olub. Kommersiya qurumlarının sayı 179 026 vahid təşkil edib və illik müqayisədə 8,7% artıb.
Bu ilin yanvar-mart aylarında ölkədə 2 825 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bunun da 2,544-ü (90,1%) yerli investisiyalı, 281-i (9,9%) xarici investisiyalı qurumlardır.
Dövlət qeydiyyatından keçmiş kommersiya qurumlarının 2 198-i (77,8%-i) elektron qaydada, 627-si (19,3 %-i) kağız daşıyıcılarda edilmiş müraciətlər əsasında qeydə alınıb, onların 738-nin (ümumi qeydiyyatın 22,2 %-nin) ƏDV-nin məqsədləri üçün qeydiyyata alınması təmin edilib.
3 ay ərzində qeydiyyatdan keçmiş yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 86,8 % təşkil edib. Kommersiya qurumlarının 2 198-i elektron qaydada qeydiyyatdan keçib ki, onlardan 1 892-si “Asan İmza”, 306-sı yeni üsul ilə edilmiş müraciətlər əsasında qeydə alınıb.
Aprelin 1-nə dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 36 134 vahid təşkil edərək 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 14 % artıb. ƏDV ödəyicilərinin ümumi qeydiyyatda xüsusi çəkisi 31,5 % təşkil edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
9
Mənbələr
Şərh ()
Bağla