AZ

"Neftçi"yə yiyə duran yoxdur

"Neftçi" aprelin 2-dən bəri rəhbərsiz qalıb. Klubun Müşahidə Şurasının sədri, SOCAR-ın prezidenti Rövşən Nəcəf həmin gün AFFA prezidenti seçildikdən sonra "ağ-qaralar"dakı vəzifəsindən istefa verib.

Bu o deməkdir ki, "Neftçi"yə yeni rəhbər təyin edilməlidir. Hazırda bütün cəbhələrdə - həm Azərbaycan Premyer Liqasında, həm də ölkə kubokunda uğursuz çıxış edən klub uzun müddət rəhbərsiz qala bilməz. Bəs MŞ-nin yeni sədri nə vaxt müəyyənləşəcək?

Məsələ ilə bağlı "Neftçi"nin mətbuat xidmətinin rəhbəri Emin Əfəndi ilə əlaqə saxladıq. Klub rəsmisi Publika.az-a açıqlamasında hazırda bu məsələdə hər hansı yeniliyin və ya informasiyanın olmadığını bildirdi.

Qeyd edək ki, mətbuatda "Neftçi"nin Müşahidə Şurasının sədri vəzifəsinə bir namizədin adı hallanır. "Ağ-qaralar"ın Bakı Neft Emalı Zavodunun (BNEZ) direktoru Xəyal Cəfərova həvalə olunacağı bildirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
Mənbələr
Şərh ()
Bağla