- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
"Su ehtiyatlarının böyük qismi kənd təsərrüfatında istifadə edilir. Bu gün fermerlərimiz su ehtiyatlarından ən az suyu ən səmərəli şəkildə həyata keçirsinlər deyə işlər görülür. Burada insan amili əsasdır. İnsanın bunu nə dərəcədə şüurlu istifadə etməsi vacibdir". SİA xəbər verir ki, bu sözləri Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədirova deyib.
Onun sözlərinə görə, torpağını tanıyan, suyu səmərəli istifadə edən şəxs şüurlu fermerdir: "İnsanların istehlakı önəmlidir. Bütün iqlim dəyişikliklərindən danışmaq hamını maraqlandırır. Uşağı doğru öyrətmiriksə, ətraf-mühitə faydalı insan yetişdirmirik. Nəticədə doğru işləri görə bilirik deyə bilərik. Bizim də bu istiqamətdə tədbirlərimiz davam edəcək".
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.