AZ

Xorvatiyada xalq sandıq başında

Xorvatiyada parlament seçkiləri keçirilir.

Bakupost.az xəbər verir ki, ölkə daxilində və xaricdə yaradılmış seçki mərkəzlərində vətəndaşlar yerli vaxtla saat 07:00-da səs verməyə başlayıb.

Xorvatiyada 151 yerlik milli parlamentə daxil olmaq üçün 2302 namizədin mübarizə apardığı seçkilərdə səsvermə saat 19.00-da başa çatacaq.

Ölkədə 222 min 197 nəfəri xaricdə olmaqla ümumilikdə 3 milyon 733 min 283 nəfər qeydiyyatda olan seçici var.

Seçkidən əvvəl aparılan sorğulara görə, qalib kimi hakim sağ mərkəzçi partiya olan Xorvatiya Demokratik İttifaqı (HDZ) göstərilir.

Seçkilərin ilk qeyri-rəsmi nəticələrinin gecə yarısı açıqlanacağı gözlənilir.

Avropa Birliyinin (Aİ) ən gənc üzvü olan Xorvatiyada hər 4 ildən bir ümumi seçkilər keçirilir.



Elnur
BakuPost

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
Mənbələr
Şərh ()
Bağla