AZ

Rusiyalı politoloq Ermənistanın Azərbaycana qarşı Beynəlxalq Ədalət Məhkəməsindəki iddiasını ŞƏRH ETDİ

“Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycan hakimiyyətini ermənilərə qarşı irqi ayrı-seçkilikdə ittiham edən İrəvanın iddiasını təmin etməyəcək”.
Ednews xəbər verir ki, bu sözləri news.ru-ya müsahibəsində rusiyal; politoloq Aleksey Naumov bildirib.
Onun sözlərinə görə, Ermənistanın belə iddialar üçün əsası yoxdur.
“İstənilən halda məhkəmənin hökmü Azərbaycana qarşı yönəlməyəcək. Bakı irəli sürülən ittihamlara kifayət qədər haqlı reaksiya verir, belə beynəlxalq öhdəliklərə məsuliyyətlə yanaşdığını və onları inkar etmədiyini vurğulayır, sübutlar tapılmadığı üçün iddianın verilməsi faktını əsassız sayır”, - deyə Naumov bildirib.
Politoloqun fikrincə, İrəvan öz hərəkətləri ilə ancaq informasiya hay-küyü yaratmağa çalışır. Bu, beynəlxalq ictimaiyyətin diqqətini Ermənistana cəlb edir, ona iqtisadi və hərbi yardım şəklində siyasi üstünlüklərə nail olmağa imkan verir.
Qeyd edək ki, 2021-ci il sentyabrın 16-da Ermənistan Azərbaycanı ermənilərə qarşı irqi ayrı-seçkilikdə ittiham edərək Beynəlxalq Ədalət Məhkəməsinə iddia qaldırıb. Sənəddə Bakının guya ermənilərə qarşı nifrət siyasətini dəstəklədiyi, bunun nəticəsində onların ayrı-seçkiliyə, qırğınlara və işgəncələrə məruz qaldığı vurğulanır.

Seçilən
77
3
Mənbələr
Şərh ()
Bağla