AZ

BSU-da“İnklüziv təhsildən inklüziv cəmiyyətə” (İTİC-2024) II Beynəlxalq elmi-praktiki konfrans keçirilib

Bakı. Trend:

Aprelin 16-da Bakı Slavyan Universitetində (BSU) “İnklüzivtəhsildən inklüziv cəmiyyətə” (İTİC-2024) II Beynəlxalqelmi-praktiki konfrans keçirilib.

Plenar iclası giriş sözü ilə açan BSU-nun rektoru Anar Nağıyevkonfrans iştirakçılarını və qonaqları salamlayıb. RektorAzərbaycanda inklüziv təhsilin təşkili sahəsinə mühüm işlərgörüldüyünü qeyd edərək bu istiqamətdə müvafiq qanunvericilikbazasının formalaşdığını diqqətə çatdırıb.

O, 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlhamƏliyev tərəfindən qəbul edilən “2018–2024-cü illərdə AzərbaycanRespublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüzivtəhsilin inkişafı üzrə Dövlət Proqramı”nın əhəmiyyətindən bəhsedib. Dövlət Proqramının vəzifələri sırasında sağlamlıq imkanlarıməhdud (SİM) şəxslərin təhsilinin təşkili bağlı məsələlərinin mühümyer tutduğunu bildirib. A. Nağıyev Azərbaycanda cəmiyyətin müxtəlifmaraq qruplarının, SİM uşaqların təhsilə cəllb olunmasıistiqamətində mühüm addımların atıldığını qeyd edib.

Rektor bu istiqamətdə Birinci vitse-prezident MehribanƏliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun fəaliyyətininxüsusi rolu olduğunu vurğulayıb. O, Fondun sağlamlıq imkanlarıməhdud uşaqların təhsilinin təşkili məqsədilə təhsilmüəssisələrinin maddi-texniki və tədris bazasının gücləndirilməsi,SİM uşaqlar üçün internat və xüsusi məktəblərin təşkiliistiqamətlərində davamlı fəaliyyət göstərdiyini bildirib. A.Nağıyev ali təhsil müəssisələrində inklüziv təhsil, inklüzivpedaqogika və bu kimi istiqamətlər üzrə elm yaratma vəelmi-pedaqoji kadr hazırlığı prosesinin planlı və sistemli şəkildəhəyata keçirilməli olduğunu vurğulayıb.

Rektor konfrasın ali təhsil müəssisələri və ümumtəhsilmüəssisələrində çalışan həmkarları bir araya gətirməklə inklüzivtəhsilin təşkili sahəsində məzmun, tədqiqat və əlavə öyrənməimkanlarının genişləndirilməsinə xidmət etdiyini bildirib.“BSU-2030” Strateji İnkişaf Planına uyğun olaraq universitetininklüziv təhsilin təşkili, bu sahədə məzmunun inkişafı,səriştəəsaslı kadr hazırlığı ilə əlavə təhsilin təşkili, eləcə dəinklüziv iş mühiti sahəsində ölkəmizin ali təhsil müəssisələrisırasında ön planda olmağı hədəflədiyini deyib. Rektor 2022-ci ilinaprel ayından etibarən BSU-da keçirilən “İnklüziv təhsildəninklüziv cəmiyyətə” layihəsi çərçivəsində görülən işlərdən sözaçıb.

O, bu konfrans vasitəsilə BSU-nun ölkədə inklüziv təhsildə genişmüzakirə platformasının əsasını qoyduğunu vurğulayaraq bu dövrdəuniversitetdə kadr hazırlığının təşkili istiqamətində yeni qərarlarverildiyini qeyd edib. Rektor Anar Nağıyev çıxışının sonundaBSU-nun fəaliyyətinə davamlı dəstək göstərən Elm və TəhsilNazirliyinə, Azərbaycan Respublikası Milli Məclisinin Elm və TəhsilKomitəsinə, həmçinin inklüziv təhsillə bağlı geniş əməkdaşlıqimkanları yaradan təşkilatlara təşəkkür edib.

Azərbaycan Respublikası Milli Məclisinin Elm və TəhsilKomitəsinin sədri Bəxtiyar Əliyev ölkəmizin inklüziv təhsillə bağlıhəyata keçirdiyi siyasətdən söz açaraq bununla bağlıqanunvericilikdə qəbul edilmiş dəyişikliklərin Azərbaycandövlətinin gördüyü işlərin nəticəsi olduğunu bildirib.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsinazirinin müavini Hidayət Abdullayev Azərbaycan RespublikasınınPrezidenti İlham Əliyevin ölkəmizdə həyata keçirdiyi dövlətsiyasətində həssas təbəqənin sosial məsələlərinin həllinə daimxüsusi diqqət və qayğı ilə yanaşdığını Birinci vitse-prezidentMehriban Əliyevanın təşəbbüsü ilə yaradılan DOST İnklüziv İnkişafvə Yaradıcılıq Mərkəzi bunun bariz nümunəsi olduğunu qeyd edib.

Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə DövlətAgentliyinin şöbə müdiri Samir Həmidov inklüzivliyin əsasməqsədinin təhsildə əlçatanlığın təmin edilməsi olduğunu deyib. O,bu istiqamət üzrə ali təhsil müəssisələrinin qarşısında duranvəzifələrdən söz açıb.

BDU-nun rektoru Elçin Babayev qlobal məsələ olduğunu bildirərək,dünyanın müxtəlif ölkələrində əlilliyi olan uşaqlara müəyyənayrıseçkilik göstərildiyini qeyd edib. Rektor inklüziv təhsilmühitinin yaradılmasından bəhs edərək təhsilin hamı üçün əlçatanolmasının vacibliyini vurğulayıb.

Plenar iclasda çıxış edən Nizami adına Daşkənd Dövlət PedaqojiUniversitetinin Xüsusi və İnklüziv təhsil fakültəsinin dekanıDilbər Nurkeldiyeva, Maksim Tank adına Belarus Dövlət PedaqojiUniversitetinin İnklüziv təhsil institutunun direktoru VeraXitryuk, Qdansk Universitetinin Sosial Elmlər Fakültəsinin İnkişafvə Beynəlxalq Proqramlar üzrə dekanı Adam Yagaylo- Rusilovskiölkələrində inklüzivliklə bağlı həyata keçirilən layihələrdən sözaçıblar. “Birgə və Sağlam” İctimai Birliyinin sədri, AutizmMərkəzinin rəhbəri Aytən Eynalova, Regional İnkişaf İctimaiBirliyinin Təhsil və humanitar proqramlar üzrə eksperti SevincMəhəməliyeva təmsil etdikləri birliklərin fəaliyyət istiqamətləriilə bağlı məlumat veriblər.

Plenar iclas bəstəkar Arzu Səmədqızının rəhbərlik etdiyi “Maviürəklər” xor və ritm qrupunun ifaları ilə başa çatıb. Konfransişini 3 bölmədə davam etdirib. Bölmələrdə 118 məruzədinlənilib.

Qeyd edək ki, “İnklüziv təhsildən inklüziv cəmiyyətə”(İTİC-2024) II Beynəlxalq elmi-praktiki konfransın regional bölməsi19 aprel tarixində Bakı Dövlət Universiteti ilə birlikdə Qazaxşəhərində təşkil olunacaq.

BSU-da“İnklüziv
BSU-da“İnklüziv
BSU-da“İnklüziv
BSU-da“İnklüziv
BSU-da“İnklüziv
BSU-da“İnklüziv
BSU-da“İnklüziv
BSU-da“İnklüziv
BSU-da“İnklüziv
BSU-da“İnklüziv
BSU-da“İnklüziv
BSU-da“İnklüziv

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
112
3
Mənbələr
Şərh ()
Bağla