AZ

Təcili yardım əməkdaşları döyüldü

Ağsuda təcili tibbi yardım xidmətinin əməkdaşlarına xəsarət yetirilib.






Yenipress.az APA-ya istinadən xəbər verir ki, rayon sakini Samit Hüseynov Ağsu rayon təcili tibbi yardım əməkdaşları – həkim-feldşer, 1962-ci il təvəllüdlü – Şikarov Zöhrab Babacan oğluna və təcili tibbi yardımın sürücüsü, 1990-ci il təvəllüdlü Elnur Xasıyevə xəsarət yetirib. Hər iki şəxs rayon mərkəzi xəstəxanasına çatdırılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Məsimov bildirib ki, xəsarətlərin dərəcəsinin müəyyən edilməsi məqsədilə müvafiq ekspertiza təyin olunub, tərəflərin izahatları alınıb və hazırda araşdırmalar davam etdirilir.

Seçilən
51
11
Mənbələr
Şərh ()
Bağla