AZ

Bakıda ilk İnsurtech Zirvəsi

Bakı Konqres Mərkəzində Azərbaycan Mərkəzi Bankının, Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) və Türkiyə tərəfindən “InsurTech Hub”ın təşkilatçılığı ilə ilk dəfə Azərbaycan İnsurtech Zirvəsi keçirilib.
Tədbirdə çıxış edən Mərkəzi Bankın sədri Taleh Kazımov bil­dirib ki, Azərbaycan iqtisadiyyatı hazırda keyfiyyətcə yeni dövrə qədəm qoyub. Sığorta bazarının inkişafı ilə bağlı həyata keçirilən layihələr əhalinin rifahına töhfə vermək məqsədi daşıyır. O qeyd edib ki, toplantının əsas məqsə­di Türkiyə sığorta şirkətlərinin rəqəmsallaşma sahəsindəki təc­rübələrini öyrənmək və Türkiyə­nin sektor lideri olan texnologiya brendləri ilə birgə Azərbaycanın sığorta bazarında rəqəmsallaş­manın inkişafına töhfə verməkdir. T.Kazı­movun sözlərinə görə, Azərbaycan iqtisa­diyyatı hazırda özünün keyfiyyətcə yeni inkişaf mərhələsinə daxil olub. Bu dövrdə özəl sektorun təşəbbüsləri və dövlət-özəl sektoru əməkdaşlığı iqtisadi artımın əsas hərəkətverici qüvvəsi kimi çıxış edir.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Azərbaycanın rəqəmsal siyasətlə, innovasiyalarla bağlı növbəti illər üçün dövlət strategiyasının istiqamət­lərini açıqlayıb. “Dövlətin strategiyası üç əsas istiqamət üzərində qurulub. Bunlara elektron hökumətin təkmilləşdirilməsi, da­tanın bizneslər üçün əlçatan olması daxil­dir. Həmçinin rəqəmsal cəmiyyətin forma­laşdırılması da əsas istiqamətlərdəndir ki, bu da dövlət-biznes, cəmiyyət-biznes arasındakı əlaqələrin daha uğurlu tənzim­lənməsinə imkan verəcək. Ölkəmizdə bu istiqamətdə bir sıra işlər aparılır, layihələr gerçəkləşdirilir.
Türkiyənin Sığorta, Özəl Pensiya Tənzimləmə və Nəzarət Agentliyinin səd­ri Davut Menteş deyib ki, bu gün Bakıda keçirilən “Azərbaycan Insurtech Zirvə” toplantısı Azərbaycanla Türkiyə arasında sığorta sahəsində əməkdaşlığı genişlən­dirmək məqsədi daşıyır. Onun sözlərinə görə, iki ölkə arasında Sığorta Şirkətləri Birliyi 2020-ci ildə keçirilən zir­və toplantısı zamanı qurulub. “2022-ci ilin may ayında Türk Dövlətləri Sığorta Şirkətləri Birliyi təsis olundu. Bu gün ke­çirilən toplantını 2020-ci ildən başlayan işlərin növbəti addı­mı kimi qəbul edirəm. Türkiyə­də mövcud Sığorta Şirkətləri Birliyi kimi bir təşkilatın Azər­baycanda da yaradılması və inkişaf etdirilməsi planlaşdırı­lır. Türkiyədən 80-dək sığorta nümayəndəsi Bakıya gəlib. Onlardan 15-i şirkət nümayən­dələri, 15-i isə “insurtech” star­tap təsisçiləridir”, – deyə Davut Menteş bildirib.
Zirvə çərçivəsində Azərbaycan Mərkə­zi Bankının baş direktoru Ziya Əliyevin və türkiyəli mütəxəssis Fatih Acerin sığorta sektorunun təhlilinə dair təqdimatları nü­mayiş etdirilib. Həmçinin Azərbaycan və Türkiyə panelləri üzrə təşkil olunacaq mü­zakirələrdə qardaş ölkələrin mütəxəssis­ləri təcrübə mübadiləsi aparıblar.
XQ

Seçilən
24
1
Mənbələr
Şərh ()
Bağla