AZ

Unibank birinci rübün maliyyə nəticələrini açıqlayıb

“Unibank” KB ASC 2024-cü ilin birinci rübü üzrə əsas maliyyə göstəricilərini açıqlayıb. 31 mart 2024-cü il tarixinə Bankın əməliyyat mənfəəti 16.34 milyon manat təşkil edib.

Hesabat dövrü ərzində Bankın məcmu gəlirlərində artım qeydə alınıb. Belə ki, dövr ərzində cəmi gəlirlər ötən ilin müvafiq dövrü ilə müqayisədə artaraq 80.4 milyon manata çatıb. Əsas maliyyə göstəricilərinin yüksəlməsi fonunda bankın xalis mənfəəti 70 %-dən çox artaraq, rübün sonuna 7.4milyon manat təşkil edib.

2024-cü ilin 1-ci rübü ərzində Bank ölkə iqtisadiyyatının maliyyə vəsaiti ilə təminatında aktiv iştirakını davam etdirib. Hesabat dövründə Bankın kredit portfeli böyüyüb. 2023-ci ilin birinci rübü ilə müqayisədə bu ilin uyğun dövründə “Unibank”ın ümumi kredit portfelinin həcmi 11.4 % artıb.

Hər zaman olduğu kimi real sektorun kreditləşməsi “Unibank”ın prioritetləri sırasında olub. Biznes kreditləri portfeli ötən ilin uyğun dövrü ilə müqayisədə 20% artaraq 348 milyon manata yaxın olub. Hesabat dövrünə mikro kreditlər portfelinin həcmində ciddi artım qeydə alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə mikrokredit portfeli 27 %-dən çoxartaraq, 184.7milyon manata çatıb. Verilən mikrokreditlərin həcmi isə 2023-cü ilin birinci rübü ilə müqayisədə23 %artaraq,57 milyon manata çatıb.

Dövr ərzində Bankın kapital mövqeyi xeyli güclənib. Hesabat dövründə Bankın məcmu kapitalı ötən ilin 1-ci rübü ilə müqayisədə 22.8 % artaraq, 164 milyon manat olub. 2024-cü ilin ilk 3 ayında Bank kapital adekvatlığını yüksəldib. Belə ki, ilin ilk rübünün sonuna bankın kapital adekvatlıq əmsalı artaraq, 13 %-ə yaxınlaşıb. Hesabat dövrünün sonuna bankın aktivləri 1 milyard 588 milyonmanatı ötüb.

Ötən müddət ərzində “Unibank”ın depozit portfeli də xeyli böyüyüb. Ümumi depozit portfeli ötən ilin eyni dövrü ilə müqayisədə 136 milyonmanat artaraq, bu ilin ilk rübünün yekununda684 milyon manat təşkil edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
19
Mənbələr
Şərh ()
Bağla