AZ

“Atam heç bir xəstəlikdən əziyyət çəkmirdi” - oğlu Tural Rəcəbli

“Atamın heç bir xəstəliyi yox idi. Ölümü çox ani oldu”.BAKU.NEWS xəbər verir ki, bunu Bizim.Media-ya sabiq deputat Hadi Rəcəblinin oğlu Tural Rəcəbli bildirib.O qeyd edib ki, xəbəri eşidən kimi Moskvadan Bakıya uçub: “Hazırda aeroportdayam. Atamla danışırdıq, çox yaxşı idi. Ölümü qəfildən oldu. Heç bir xəstəlikdən əziyyət çəkmirdi, narahatlığı yox idi. Analizlər də vermişdi. Biz ürəyindən şübhələnirik”.Onun sözlərinə görə, Hadi Rəcəbli bu gün “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq.Xatırladaq ki, H. Rəcəbli I-V çağırış Milli Məclisin deputatı (1995-2020-ci illər), Əmək və Sosial Siyasət Komitəsinin sədri olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
121
15
Mənbələr
Şərh ()
Bağla