AZ

Hadi Rəcəbli oruc tuturdu, Həccə getmək arzusunda idi... - FOTO

Milli Məclisin sabiq deputatı Hadi Rəcəbli bu gün səhər saatlarında dünyasını dəyişib.

Modern.az xəbər verir ki, mərhumun ailə üzvləri onun ürəktutmasından vəfat etdiyini bildiriblər.

Qeyd edək ki, Hadi Rəcəbli sonnuncu geniş müsahibəsini Modern.az-a vermiş və arzularını dilə gətirmiş, Həccə getmək istədiyini bildirmişdi.

H.Rəcəbli 90-cı illərin sonlarında mərhum dövlət başçısı Heydər Əliyevlə birgə Ümrə ziyarətinə getmiş, Kəbədə olmuşdu. Lakin bu, Həcc ziyarəti sayılmadığından, sabiq deputat İslam təqvimi ilə zilhiccə ayında Məkkəyə getmək istəyirdi.

H.Rəcəbli Modern.az-a bir neçə gün öncəki açıqlamasında builki Ramazan ayında oruc tutduğunu bildirmiş, bunun səhhətinə mənfi təsir etdiyini söyləmişdi.


A.Qorxmaz

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
10
Mənbələr
Şərh ()
Bağla