AZ

Gürcüstanda polis aksiyaya müdaxilə etdi - Yaralılar var

Gürcüstan polisi parlamentin qarşısındakı aksiyaya müdaxilə edib.
 
 
 
Modern.az yerli mətbuata istinadən xəbər verir, hüquq-mühafizə orqanları aksiyaçılara qarşı gözyaşardıcı qazdan istifadə edib.
 
 
 
Məlumata görə, müxalifətçilər İrakli Kupradze və “Lelo” partiyasının baş katibi Zurab Caparidze müdaxilə zamanı xəsarət alıblar.
 
 
 
Gürcüstan Daxili İşlər Nazirliyi etiraz aksiyasını dağıtarkən bir polisin yaralandığını bildirib.
 
 
 
Qeyd olunur ki, parlamentin yaxınlığında həbslər başlayıb.
 
 
 
Qeyd edək ki, Gürcüstan parlamenti yaxınlığında “xarici agentlər haqqında qanun”a etiraz aksiyası keçirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
177
32
Mənbələr
Şərh ()
Bağla