AZ

Çin ABŞ-dən hörmət tələb etdi

Çinin müdafiə naziri Dun Tsyun ABŞ-ın müdafiə naziri Lloyd Austin ilə videokonfrans formatında söhbəti zamanı ABŞ-dan Çinin ərazi bütövlüyünə hörmət etməyi tələb edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Çinin Müdafiə Nazirliyi xəbər verib.

"ABŞ tərəfi Çinin qəti mövqeyini qəbul etməli, Çinin ərazi suverenliyinə təsirli şəkildə hörmət etməli (...) və Çin və ABŞ arasında hərbi münasibətlərdə regional sülh və sabitliyin qorunması üçün əməli tədbirlər görməlidir", - deyə D.Tsyun bildirib.

O vurğulayıb ki, Tayvan məsələsi Çinin əsas maraqlarının əsasını təşkil edir və onlara güzəştə getmək olmaz.

"Çinin Xalq Azadlıq Ordusu Tayvanın müstəqilliyini elan etməyə yönəlmiş separatçı fəaliyyətləri yatırtmaqdan, eləcə də xarici dövlətlərin bu cür fəaliyyətlərə göz yumması və dəstəyini heç vaxt dayandırmayacaq", - deyə nazir qeyd edib.


Müəllif: Teleqraf.com
Seçilən
58
3
Mənbələr
Şərh ()
Bağla