AZ

Çempionlar Liqası: "PSJ" və “Borussiya” yarımfinalda

Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab matçlarına start verilib.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
İspaniyada “Barselona” ilə "PSJ" üz-üzə gəlib. Fransalılar ev məğlubiyyətinin əvəzini çıxmağı bacarıblar. "Barselona" cavab matçında hesabı açsa da, Arauxonun qırmızı vərəqə alması planları pozub. 4 qol vuran "PSJ" yarımfinala yüksəlib.
Digər qarşılaşma Dortmundda təşkil olunub. “Borussiya” səfərdə uduzduğu “Atletiko”dan revanş alıb. "Sarı-qaralar" 4:2 hesabı ilə qalib gəliblər.
Qeyd edək ki, digər iki yarımfinalçı bu gün bəlli olacaq.

Seçilən
106
1
Mənbələr
Şərh ()
Bağla