AZ

"Yataq şəraitindədir. Ayağının hər ikisi qırılıb"

"Aprelin 5-də nənəmin 85 yaşı tamam oldu. Evdə müalicə alır. Həkimlər deyir ki, yaş öz sözünü deyir, bundan sonra çətin ayağa qalxıb gəzə bilsin. Yataq şəraitindədir. Ayağının hər ikisi qırılıb. Evin içində gəzəndə gecə vaxtı yıxılıb bir ayağını qırmışdı. Gəzməyə çalışanda əlindəki əsası yerə düşüb, götürmək istəyəndə o biri ayağını da qırıb. Nənəmə mən, xalam, xalamın qızı və oğlu baxır. Kim evdədirsə, o baxmağa çalışır".

Milli.Az bildiir ki, bunu moderator.az-a açıqlamasında əməkdar artist Xanım Qafarovanın qızı Gövhər Qafarova bildirib. 

Gövhər bildirib ki, atası Aqil Gülmalıyev də dünyasını dəyişib.

"Atam bir ildir ki, dünyasını dəyişib. Xəstəxanada yatırdı, ciyərinə su gəlmişdi. Yanına getsəm də, xəstəxanada onu görməyə imkan olmadı. Həkimlər yanına buraxmadılar, görməyə icazə yox idi. İki gün sonra atamın həyat yoldaşı zəng edib öldüyün bildirdi. Sonra evə getdim. Bu gün də məzarını ziyarət edirəm. Əlaqəmiz var idi, danışırdıq, həmsöhbət olurduq. İnsanın ana-atasını kiçik yaşda itirməsi çox ağırdır. O qayğını, o sevgini tam olaraq görmürsən. Heç bilmirsən ki, valideyn qayğısı və sevgisi nə olan şeydir. Düzdür, nənəm, xalam bu yaşıma qədər məni böyüdüb, yetərincə qayğı və sevgi veriblər, amma təbii ki, heç biri ana-ata sevgisini əvəz edə bilməz. Tək təsəllim sadəcə onu düşünərək həyatıma davam edirəm ki, hazırda yanımda atam və anam olsaydılar, məni gələcəkdə necə görmək istəyərdilər? Ona uyğun olaraq da çalışıram. Tək təsəllim hazırda budur", - deyə Gövhər Qafarova bildirib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
26
6
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür 
28032
2 ay əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunub
27004
26 il əvvəl qaçırılan şəxs qonşunun zirzəmisindən tapıldı - VİDEO
19591
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
18182
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
14726
Sabah 20 dərəcə isti olacaq
10052
Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA
9943
May ayında Azərbaycana qar yağdı - VİDEO
8991
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
8787
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
8582
Azərbaycanlı məşhurun hər kəsdən gizlətdiyi gözəl qızı - VİDEO
8082
Zaur Baxşəliyevin ailəsində xoş gün!
7473
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
7199
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
7118
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6965
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
6743
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
6634
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
6579
Azərbaycan nefti ucuzlaşıb
6219
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
6208